...

Türkiyədə koronavirusa qarşı peyvənd olunanların sayı 2 milyonu keçib

Dünya xəbərləri Materials 1 Fevral 2021 11:18 (UTC +04:00)
Türkiyədə koronavirusa qarşı peyvənd olunanların sayı 2 milyonu keçib

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyədə koronavirusa qarşı peyvəndləmə prosesi davam edir.

Trend-in məlumatına görə, prosesin başladığı yanvarın 14-dən bu günədək ölkədə peyvəndlənənlərin sayı 2 milyon nəfəri keçib.

İstanbulda 348 mindən çox, paytaxt Ankarada 195 mindən çox şəxs peyvənd olunub.

Qeyd edək ki, Türkiyədə bu günədək 2 477 463 nəfər koronavirusa yoluxub. Onlardan 25 993 nəfər ölüb, 2 362 415 nəfər sağalıb.

Xəbər lenti

Xəbər lenti