...

Rusiyada ötən gün 539 nəfər koronavirusun qurbanı olub

Dünya xəbərləri Materials 2 Fevral 2021 12:28 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,88 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 16 643 nəfər virusa yoluxub, 539 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 884 730 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 74 158 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 340 545 şəxs virusdan sağalıb, 470 027 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti