...

Fransada üçüncü karantin rejiminin tətbiqi istisna olunmur - Baş nazir

Dünya xəbərləri Materials 6 Fevral 2021 13:54 (UTC +04:00)
Fransada üçüncü karantin rejiminin tətbiqi istisna olunmur - Baş nazir

Bakı. Orxan Nəbiyev - Trend:

Fransa hökuməti koronavirus pandemiyası ilə bağlı ölkədəki sanitar vəziyyətin pisləşəcəyi təqdirdə üçüncü karantin rejiminin tətbiq olunmasını istisna etmir.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Jan Kasteks yerli mətbuata müsahibəsində deyib.

O bildirib ki, son günlərdə yoluxma tempi azalsa da epidemioloj vəziyyətin yaxşılaşması ilə bağlı əminlik yoxdur:

"Karantin rejimi son vasitə olsa da onun epidemiya ilə mübarizədə müsbət təsiri aşkardır".

Qeyd edək ki, bu günədək Fransada 3,3 mlyona yaxın şəxs koronavirusa yoluxub, 78 603 nəfər vəfat edib.

Xəbər lenti

Xəbər lenti