...

Tereza Mey koronavirusa qarşı peyvənd olundu

Dünya xəbərləri Materials 27 Fevral 2021 07:15 (UTC +04:00)
Tereza Mey koronavirusa qarşı peyvənd olundu

Bakı. Trend:

Böyük Britaniya hökumətinin sabiq rəhbəri Tereza Mey koronavirusa qarşı peyvənd olunub.

Trend-in məlumatına görə, bu barədə siyasətçi özünün "Twitter" səhifəsində yazıb.

T.Mey bildirib: "İndicə koronavirusa qarşı peyvəndin ilk dozasını aldım. Peyvənd təhlükəsiz, təsirli və ağrısızdır. Növbəniz gələndə sizdə peyvənd olunun. Yalnız bir-birimizi qorumaqla virusu qalib gələ bilərik".

Xatırladaq ki, Böyük Britaniyada koronavirusa qarşı vaksinasiya kampaniyası ötən ilin dekabr ayının 8-də başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti