...

Rusiyada koronavirusdan ölənlərin sayı 100 mini keçdi

Dünya xəbərləri Materials 3 Aprel 2021 13:29 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,57 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 9 021 nəfər virusa yoluxub, 384 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 572 077 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 100 017 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 4 195 869 şəxs virusdan sağalıb, 276 191 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti