...

ABŞ əhalisinin sayı son 10 ildə 22,7 milyon artıb

Dünya xəbərləri Materials 27 Aprel 2021 08:41 (UTC +04:00)
ABŞ əhalisinin sayı son 10 ildə 22,7 milyon artıb

Bakı. Trend:

ABŞ əhaləsinin sayı son 10 il ərzində 22,7 milyon nəfər artıb, bu isə bütün tarix ərzində ən aşağı göstərici sayılır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın əhalinin siyahıyaalınması üzrə Bürosundan bildiriblər.

Məlumata əsasən, 2020-ci il aprelin 1-i üçün ABŞ əhalərinin sayı 331 449 281 nəfər təşkil edib: "Əhalinin sayı 2010-cu il ilə müqayisədə 22 703 743 nəfər və ya 7,4 faiz artıb".

Bildirilir ki, ABŞ-ın ən çox sakini olan ştatı Kaliforniya (39 538 223 nəfər), ən az sakini olan ştatı isə Vayominqdir (576 851 nəfər).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti