...

Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb

Dünya xəbərləri Materials 13 May 2021 06:19 (UTC +04:00)
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden federal hakimiyyət şəbəkələrinin kiber-hücumlardan müdafiəsi və kiber təhlükəsizlik haqqında qərar imzalayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətindən bildirilib.

"Bu gün prezident ölkənin kiber təhlükəsizliyini artırmaq və federal hakimiyyətin şəbəkələrini qorumaq məqsədilə qərar imzalayıb. Yaxın zamanda kiber təhlükəsizlik sahəsində baş verən insidentlər, o cümlədən "SolarWinds", "Microsoft Exchange" və "Colonial Pipeline" şirkətlərinə hücumlar bir daha xatırladır ki, ABŞ-ın özəl və dövlət təşkilatları həm fəaliyyətdə olan dövlət adamları, həm də kiber cinayətkarlar tərəfindən daha tez-tez hücumlara məruz qalırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti