...

İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib

Dünya xəbərləri Materials 13 May 2021 08:23 (UTC +04:00)
İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib

Bakı. Trend:

İsrail Türkiyənin TRT dövlət teleşirkətinin Qəzza zolağında yerləşən ofisinə raket zərbəsi endirib.

Trend-in "Daily Sabah"a istinadən verdiyi məlumata görə, bunu "TRT Arabi"nin rəsmi nümayəndəsi Oduz Eser deyib.

Onun sözlərinə görə, İsrailin buraxdığı raketlərdən biri "TRT Arabi"nin ofisinin yerləşdiyi binaya düşüb.

Bildirilir ki, İsrailin hərbi təyyarələrinin zərbələri telekanalın canlı efirində yayımlanırdı.

Qeyd edək ki, mayın 10-dan İsrail ordusu və Qəzza zolağındakı Fələstin qruplaşmaları arasında qarşılıqlı raket hücumları davam edir. Raket hücumları Şərqi Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında baş verən iğtişaşlardan sonra başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti