...

Qəzza zolağından İsrail ərazisinə 2,8 mindən artıq raket atılıb

Dünya xəbərləri Materials 15 May 2021 22:41 (UTC +04:00)
Qəzza zolağından İsrail ərazisinə 2,8 mindən artıq raket atılıb

Bakı. Trend:

Mayın 10-dan Qəzza zolağından İsrail ərazisinə 2,8 mindən artıq raket atılıb.

Trend-in məlumatına görə, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus onlayn-brifinq zamanı deyib.

C.Konrikus bildirib: "Atışma başlayandan bəri İsrail ərazisinə 2 800-dən çox raket atılıb. Onlardan 430-u Qəzza zolağının ərazisinə düşüb. Ordu isə öz növbəsində Qəzza zolağında 672 hərbi mövqeyə zərbə endirib".

Onun sözlərinə görə, İsrail ordusunun Qəzza zolağına zərbələri nəticəsində HƏMAS-a məxsus raket istehsalı üzrə zavodlar, yeraltı tunel kompleksləri məhv edilib: "İsrailə birbaşa hücumlarda iştirak edən 75 radikal əməliyyatçı zərərsizləşdirilib".

C.Konrikus qeyd edib ki, "Dəmir günbəz" hava hücumundan müdafiə sistemləri Qəzza zolağından atılan raketlərin 90 faizini zərərsizləşdirir: "Buna baxmayaraq, təəssüf ki, bu günə qədər İsraildə 10 nəfər ölub. Bunlardan 8-i - birbaşa raket zərbələri nəticəsində"

Qeyd edək ki, mayın 10-dan İsrail ordusu və Qəzza zolağındakı Fələstin qruplaşmaları arasında qarşılıqlı raket hücumları davam edir. Raket hücumları Şərqi Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında baş verən iğtişaşlardan sonra başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti