Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına birbaşa xarici investisiyalar 2020-ci ildə 44 faiz artıb.
Trend-in məlumatına görə, bunu BƏƏ-nin baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum özünün "Twitter" səhifəsində yazıb.
Baş nazir bildirib: "Koronavirusla əlaqədar vəziyyət səbəbilə BMT-nin qlobal investisiya axınlarının 2020-ci ildə 42 faizə düşə biləcəyi ilə bağlı gözləntilərinə baxmayaraq, BƏƏ 2020-ci ildə xarici investisiyalarda 2019-cu il ilə müqayisədə 44 faiz artım gördü. Uğurlu böhran idarəçiliyi investisiyalara zəmanət verir".
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən, 2020-ci ildə dünya üzrə birbaşa xarici investisiyalar son 15 ilin minimumunu - 846 milyard dollar təşkil edib.