...

Polşa prezidenti bu gün Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 24 May 2021 08:21 (UTC +04:00)
Polşa prezidenti bu gün Türkiyəyə səfər edəcək

Bakı. Trend:

Polşa prezidenti Andjey Duda bu gün Türkiyəyə səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Məlumata əsasən, Polşa prezidentinin səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilir.

Bildirilir ki, səfər çərçivəsində nəzərdə tutulan görüşlər zamanı ikitərəfli əlaqələr hərtərəfli nəzərdən keçiriləcək, tərəflər əməkdaşlığı inkişaf etdirmək üçün mümkün addımları müzakirə edəcəklər.

Həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılacaq və ikitərəfli sənədlərin imzalanması baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti