...

Kolumbiyada 26 günlük nümayişlərdə 2 mindən çox insan xəsarət alıb

Dünya xəbərləri Materials 25 May 2021 02:47 (UTC +04:00)
Kolumbiyada 26 günlük  nümayişlərdə 2  mindən çox insan  xəsarət alıb

Bakı.Trend:

Kolumbiyada 28 apreldən keçirilən nümayişlərdə ən azı 2051 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə,bu barədə Respublikanın Milli Müdafiə nazirliyi öz hesabatında bildirib.

Nazirliyin "Twitter" səhifəsində bildirilib: "28 apreldən 23 maya qədər olan müddətdə 1040 mülki vətəndaş və 1011 polis yaralanıb"

Qeyd edilir ki,bu müddət ərzində 954 nəfər polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti