...

Sarkisyanın qohumu həbs edilib

Dünya xəbərləri Materials 16 İyun 2021 13:15 (UTC +04:00)
Sarkisyanın qohumu həbs edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qohumu Narek Sarkisyan 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, o, qanunsuz silah, döyüş sursatları, narkotik vasitələr saxlamaqda, eləcə də insan oğurluğunun təşkil olunmasında təqsirli bilinib.

N.Sarkisyan 2018-ci ilin dekabrında İnterpol tərəfindən Praqada saxlanılıb, 2019-cu ilin dekabrında Ermənistana ekstradisiya edilib.

O, bundan əvvəlki həbs müddəti nəzərə alınmaqla, daha 3,5 il həbsdə keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti