...

Ermənistanda seçki məntəqələrindən birində atışma səsləri eşidilib

Dünya xəbərləri Materials 20 İyun 2021 11:56 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanın Ararat vilayətinin Azataşen kəndindəki seçki məntəqələrindən birində atışma səsləri eşidilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, Hadisə yerinə gələn əməliyyat qrupu "Çiçəklənən Ermənistan" və "Verelk" partiyalarının nümayəndələri arasında dava olduğunu aşkar edib. Hadisə iştirakçılarından biri qaz tapançasından bir neçə dəfə atəş açıb.

İstintaq davam edir, silah ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti