...

Meşə yanğını Kanadanın Litton şəhərinin 90 faizini məhv edib

Dünya xəbərləri Materials 2 İyul 2021 06:39 (UTC +04:00)
Meşə yanğını Kanadanın Litton şəhərinin 90 faizini məhv edib

Bakı. Trend:

Meşə yanğını Kanadanın Litton şəhərinin 90 faizini məhv edib.

Trend xəbər verir ki, bu barədə "BBC News" telekanalı məlumat yayıb.

Şəhərin meri Yan Polderman bildirib ki, yanğın 15 dəqiqə ərzində bütün şəhərə yayılıb: "İnsanlar ev heyvanlarını götürüb maşınlarına minib şəhərdən uzaqlaşırdılar".

Bəzi mənbələrə əsasən, isti və külək səbəbilə yanğın saatda 10-20 kilometr serətlə hərəkət edirmiş. Yanğın həmçinin Britaniya Kolumbiyası əyalətinin su elektrik stansiyasına və ətraf infrastruktura ziyan vurub.

Qeyd edək ki, sözügedən regionda 1 həftədirki anomal istilər davam edir. Son 5 gün ərzində Britaniya Kolumbiyasında 486 ölüm halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti