...

İspaniyada avtomobil barın terasına çırpılıb, çox sayda xəsarət alan var

Dünya xəbərləri Materials 19 İyul 2021 20:39 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın Marbelye şəhərində avtomobil barın terasına çırpılıb.

Trend-in "La Vanguardia" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 9 nəfər xəsarət alıb.

Məlumata əsasən, avtomobilin sürücüsü polislər tərəfindən saxlanılıb. Onun 30 yaşlı İspaniya vətəndaşı olduğu qeyd edilir.

Hazırda insidentin səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti