...

ÜST-ün rəhbəri daha təhlükəli koronavirus növünün yaranma ehtimalı barədə xəbərdar etdi

Dünya xəbərləri Materials 21 İyul 2021 08:23 (UTC +04:00)
ÜST-ün rəhbəri daha təhlükəli koronavirus növünün yaranma ehtimalı barədə xəbərdar etdi

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adanom Gebreyesus delta variantından daha təhlükəli koronavirus ştammının yaranma təhlükəsi ilə əlaqədar xəbərdarlıq etdi.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu barədə qurumun rəhbəri Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 138-ci sessiyasında çıxış edərkən deyib.

"Virus nə qədər geniş yayılsa, onun daha çox növü ortaya çıxacaq və hazırda bu qədər ziyan vuran "Delta" ştammından daha təhlükəli olma potensialı olacaq. Və nə qədər çox növü olsa, onlardan birinin peyvəndlərdən yayınmaq şansı daha yüksək olacaq - və hamımız əvvəldən qayıdacağıq", - Gebreyesus bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti