...

Afrikada koronavirusa yoluxanların sayı 6,28 milyonu ötüb

Dünya xəbərləri Materials 21 İyul 2021 20:51 (UTC +04:00)
Afrikada koronavirusa yoluxanların sayı 6,28 milyonu ötüb

Bakı. Trend:

Afrikada koronavirusa yoluxanların sayı 6,28 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, iyulun 21-i üçün Afrikada koronavirusa 6 281 998 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 159 719 nəfəri vəfat edib, 5 513 426 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə, Misirdə və Efiopiyada qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti