Bakı. Trend:
Bir il əvvəl Livanın paytaxtı Beyrut şəhərində dəniz limanında baş verən partlayışda ölənlərin xatirəsinə keçirilən mitinqdə radikal təşkilatların fəalları və polislər arasında toqquşmalar baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Livan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi Corc Kettane jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, toqquşmalar zamanı 84 nəfər xəsarət alıb: "Onlardan 13-ü xəstəxanaya yerləşdirilib, digərlərinə isə hadisə yerində tibbi yardım göstərilib".
Məlumata əsasən, fəallar həmçinin parlament sarayını ələ keçirməyə cəhd göstəriblər. Əsas toqquşmalar Telekommunikasiya Nazirliyinin yaxınlığında baş verib. Fəallar orada bir neçə ofisə hücum ediblər, birini isə yandırıblar. Yanğın operativ şəkildə söndürülüb. Polislər tərəfindən iki fəal saxlanılıb.