...

"KamAZ" hidrogenlə işləyən avtobus təqdim edib

Dünya xəbərləri Materials 7 Sentyabr 2021 13:21 (UTC +04:00)
"KamAZ" hidrogenlə işləyən avtobus təqdim edib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın "KamAZ" şirkəti "Comtrans-2021" sərgisində hidrogenlə işləyən avtobus təqdim edib.

Trend-in məlumatına görə, 6 hidrogen balonu ilə təchiz olunan avtobusun sürəti saatda 80 kilometrədək çatacaq.

Sıxılmış hidrogen ehtiyatı avtobusun 250 kilometr məsafə qət etməsinə imkan verəcək. Bu, adi elektrobuslardan 180 kilometr daha çoxdur.

Qeyd olunur ki, Moskvada "hidrobus"un sınaqları 2022-ci ildə keçiriləcək. Avtobusun sərnişin tutumu 80 nəfərədək çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti