...

İsraildə aktiv koronavirus xəstələrinin sayı 74 minə düşüb

Dünya xəbərləri Materials 22 Sentyabr 2021 07:24 (UTC +04:00)

Bakı. Trend:

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 8 691 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 242 262 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 26 nəfər ölüb və ölənlərin ümumi sayı 7 567 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 1 159 738 nəfəri sağalıb, aktiv xəstələrin sayı 74 957 nəfərə qədər azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti