Bakı. Trend:
Rusiyanın Kamçatka diyarında 4,6 bal gücündə zəlzələ baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Milkovo kəndindən 165 kilometr aralıda, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.