...

Alabamada daşqınlar nəticəsində 4 nəfər ölüb

Dünya xəbərləri Materials 8 Oktyabr 2021 02:38 (UTC +04:00)
Alabamada daşqınlar nəticəsində 4 nəfər ölüb

Bakı. Trend:

ABŞ Alabama ştatında güclü yağışlar daşqınlara səbəb olub.

Trend-in "CNN" telekanalına istinadən verdiyi məlumata görə, daşqınlar nəticəsində biri azyaşlı uşaq olmaqla azı 4 nəfər həlak olub.

Məlumata əsasən, ştatın bir neçə şəhərində yollar, küçələr və dayanacaqlar su altında qalıb.

Bildirilir ki, güclü yağışlar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti