Bakı. Orxan Nəbiyev - Trend:
Rusiyada "VKontakte" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.
Trend-in məlumatına görə, şəbəkənin işi ilə bağlı 2 500-ə yaxın şikayət daxil olub.
Qeyd olunur ki, istifadəçilərin 41 faizi mobil tətbiqin işindən, 39 faizi veb-saytın işindən şikayət ediblər. Daha 20 faiz istifadəçi isə serverə qoşulmaqda çətinlik çəkdiklərini bildiriblər.
Oktyabrın 10-da da Rusiyada "VKontakte" və "Telegram"ın işində qüsurlar qeydə alınmışdı.