...

Kolumbiyanın ən böyük narkokartelinin başçısı saxlanılıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2021 06:01 (UTC +04:00)
Kolumbiyanın ən böyük narkokartelinin başçısı saxlanılıb

Bakı. Trend:

Kolumbiyada ölkənin ən böyük narkokarteli olan "Körfəz Klanı"nın başçısı "Otoniel" ləqəbli Dairo Usuqa saxlanılıb.

Trend-in "El Tiempo" qəzetinə istinadən verdiyi məlumata görə, Kolumbiyada D.Usuqanın taplması və ya saxlanılmasını asanlaşdıracaq məlumata görə 3 milyon peso, ABŞ-da isə narkokartelin başçısının yeri barədə məlumata görə 5 milyon dollar təklif edilirdi.

Məlumata əsasən, D.Usuqa oktyabrın 23-də saxlanılıb. Ona qarşı müxtəlif cinayətlər üzrə 120-dən artıq cinayət işi açılıb.

Qeyd edək ki, "Körfəz Klanı" Kolumbiyanın kokain istehsalı və kokaininin Meksika vasitəsilə ABŞ-a daşınması ilə əlaqəli əsas və ən böyük narkokarteli hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti