...

Ermənistanda karantin müddəti gələn ilin iyununa kimi uzadılıb

Dünya xəbərləri Materials 11 Noyabr 2021 13:19 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar karantin müddəti 2022-ci il iyunun 20-dək uzadılıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan hökumətinin qərarında deyilir.

Ölkədə mövcud karantin müddəti dekabrın 20-dək davam etməli idi.

Qeyd edək ki, Ermənistanda bugünədək 325 mindən çox şəxs koronavirusa yoluxub, 6 867 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti