...

Yaponiyada AES ərazisində yanğın olub

Dünya xəbərləri Materials 16 Noyabr 2021 06:11 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın Saqa prefekturasında "Qenkay" atom elektrik stansiyasının ərazisində yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə stansiyanın operatoru olan "Kyushu Electric Power" şirkətindən bildiriblər.

Məlumata əsasən, yanğın təxminən 1 saat ərzində söndürülüb.

Qeyd edilir ki, yanğın stansiyanın enerji bloklarının işinə təsir etməyib.

Hazırda hadisənin səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti