...

Qvatemalada güclü zəlzələ olub

Dünya xəbərləri Materials 18 Noyabr 2021 22:37 (UTC +04:00)
Qvatemalada güclü zəlzələ olub

Bakı. Trend:

Qvatemala sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Puerto-San-Xose şəhərindən 46 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

"Reuters" agentliyi bildirir ki, yeraltı təkanlar episentrdən şimal-şərqdə yerləşən paytaxtda da hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti