...

Londonda qapanmalara qarşı aksiya zamanı bir neçə polis əməkdaşı yaralanıb

Dünya xəbərləri Materials 19 Dekabr 2021 04:24 (UTC +04:00)
Londonda qapanmalara qarşı aksiya zamanı bir neçə polis əməkdaşı yaralanıb

Bakı. Trend:

Koronavirus məhdudiyyətlərinə qarşı etirazlar zamanı nümayişçilərlə toqquşmada London polisinin bir neçə əməkdaşı yaralanıb.

Trend xəbər verir ki, Londonda keçirilən nümayişlərə bir neçə min insan çıxıb, onlar Böyük Britaniya hakimiyyətini koronavirusun "omikron" ştamının yayılmasına baxmayaraq, karantin tədbirlərini sərtləşdirməməyə çağırıb. Nümayişlər zamanı mühafizəçilər ilə etirazçılar arasında toqquşma baş verib, lakin həbslər barədə məlumat yoxdur.

Etirazlar zamanı Britaniya paytaxtının mərkəzindəki mağazalardan birinə maddi ziyan dəyib: etirazçılar binanın içində olan insanlarla mübahisə ediblər, sonra isə mağazaya yumurta atıblar.

Bundan əvvəl, omikron ştammının yayılması fonunda, Böyük Britaniya hökuməti koronavirus məhdudiyyətlərini sərtləşdirdi. İşəgötürənlərə işçiləri distant qaydada işə cəlb etmək tövsiyə edilib və əksər qapalı yerlərdə maskaların taxılması yenidən məcburi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti