...

Küveyt əmiri yeni hökumətin formalaşması barədə sərəncam verib

Dünya xəbərləri Materials 28 Dekabr 2021 20:49 (UTC +04:00)
Küveyt əmiri yeni hökumətin formalaşması barədə sərəncam verib

Bakı. Orxan Nəbiyev - Trend:

Küveyt əmiri şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkədə yeni hökumətin formalaşması barədə sərəncam imzalayıb.

Trend-in məlumatına görə, baş nazir vəzifəsinə şeyx Sabah Xalid əl-Həməd əs-Sabah təkrar təyin olunub.

Yeni hökumətdə 15 nazir yer alacaq.

Qeyd olunur ki, onun rəhbərlik etdiyi keçmiş hökumət noyabr ayında istefaya yollanmışdı.

Ümumilikdə, şeyx Sabah Xalid 2019-cu ildən bəri dördüncü dəfə hökumətə rəhbərlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti