...

ABŞ-da yeniyetmələrə "Pfizer" peyvəndinin "buster" dozasının vurdurulmasına icazə verilib

Dünya xəbərləri Materials 3 Yanvar 2022 22:04 (UTC +04:00)
ABŞ-da yeniyetmələrə "Pfizer" peyvəndinin "buster" dozasının vurdurulmasına icazə verilib

Bakı. Trend:

ABŞ-da 12-15 yaş arası yeniyetmələr arasında "Pfizer" və "BioNTech" şirkətlərinin koronavirusa qarşı peyvəndinin əlavə ("buster") dozalarının kütləvi istifadəsinə icazə verilib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Qida və Dərmanları Keyfiyyəti məsələləri üzrə İdarəsi bildirib.

Qeyd olunub ki, İdarə "Pfizer" və "BioNTech" şirkətlərinin COVID-19-a qarşı peyvəndinin fövqəlladə hallarda istifadəsinə dair qərarına dəyişiklik edib.

Bildirilib ki, bu, "12-15 yaşda şəxslər də daxil olmaqla, bir "buster" dozanın daha geniş istifadəsini" nəzərdə tutur.

İdarə mütəxəssisləri, həmçinin "Pfizer" və "BioNTech" ilə ilkin peyvəndləmə ilə "buster" dozanın vurdurulması arasındakı müddəti ən azı beş aya qədər azaltmağa" icazə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti