...

Serbiya NATO-ya üzv olmaq niyyətində deyil - Vuçiç

Dünya xəbərləri Materials 13 Yanvar 2022 06:29 (UTC +04:00)
Serbiya NATO-ya üzv olmaq niyyətində deyil - Vuçiç

Bakı. Trend:

Serbiyanın mövqeyi NATO-ya üzv olmaqdan imtina etmək və özünümüdafiə üçün güclü ordu yaratmaqdan ibarətdir.

Trend-in məlumatına görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Brüsseldə Rusiya-NATO Şurasının iclasından sonra milli televiziyaya müsahibəsində deyib.

"Biz NATO-ya üzv olmayacağıq", - deyə A.Vuçiç jurnalistin alyansa üzv olmaq mümkün olduğu halda Serbiyanın niyə silahlandığı barədə sualını cavablandırıb.

"Onlar NATO-da olduqları üçün silahlana bilir, biz isə azad, neytral ölkə olaraq özümüzü müdafiə edə bilmərik? Nəyi bəyənmirsiniz? Biz yalnız müdafiə üçün silahlar alırıq, hücum üçün deyil", - deyə prezident qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti