...

BMT-nin əməkdaşı Türkiyədə qar uçqunu altında qalaraq həlak olub

Dünya xəbərləri 17 Yanvar 2022 00:56 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Kayseri vilayətinin Erciyes Xizək Mərkəzində sürüşmə zolağından çıxan üç kanadalı turist qar uçqun altında qalıb. Onların Birləşmiş Millətlər Təşkilatının əməkdaşları olduğu bildirilir.

Trend-in məlumatına görə, Erciyes rayonunun 2700 metr hündürlük bölgəsindən dərəyə sürüşməyə cəhd edən turistlərin özləri tərəfindən yaradılan uçqun altında qaldığı müəyyən edilib. Turistlərdən ikisi axtarış-xilasetmə qrupları tərəfindən xilas edilib. Bir nəfərin isə cəsədi tapılıb.

Həyatını itirən turist, 45 yaşlı Maykl Kreeftin Türkiyənin Qaziantep vilayətində yerləşən Birləşmiş Millətlər Təşkilatının Koordinasiya Mərkəzinin üzvü olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti