...

Portuqaliyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 30 Yanvar 2022 03:27 (UTC +04:00)
Portuqaliyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Bakı. Trend:

Portuqaliyada bazar günü ölkə parlamentinə, keçən ilin sonunda buraxılan Respublika Assambleyasına növbədənkənar seçkilər keçiriləcək.

Trend xəbər verir ki, yerli Katolik universitetin apardığı sorğuya görə, Əhalinin 49%-i solçu partiyaları dəstəkləməyə hazırdır. Eyni zamanda, sorğunun nəticələrinə görə, sağçı siyasi partiyaları əhalinin 47%-i dəstəkləyir.

Sorğunun nəticələrinə görə, lider hazırkı baş nazir Antonio Kostanın rəhbərlik etdiyi Sosialist Partiyasıdır - sorğuda iştirak edənlərin 36%-i ona səs verməyə hazırdır. Portuqaliyalıların 33%-i Sosial Demokrat Partiyasını (PSD) dəstəkləməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti