Bakı. Trend:
Böyük Britaniya hakimiyyəti Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Böyük Britaniyanın sanksiyalar siyahısına salıb.
Trend-in məlumatına görə, onların adları yenilənən sanksiyalar siyahısında qeyd olunub.
Həmin siyahı Böyük Britaniya hökumətinin saytında yerləşdirilib. Siyahıda qeyd edilib ki, bu halda sanksiyalar aktivlərin dondurulmasını nəzərdə tutur.