...

Putin və Paşinyan Qarabağla bağlı razılaşmaların icrasını müzakirə ediblər

Dünya xəbərləri Materials 26 Fevral 2022 21:17 (UTC +04:00)
Putin və Paşinyan Qarabağla bağlı razılaşmaların icrasını müzakirə ediblər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Kremlin saytında bildirilib.

"Telefon danışığı zamanı Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli Qarabağa dair üçtərəfli bəyanatlarında təsbit olunmuş sazişlərin icrasının praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilib", - deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti