...

Zelenski ilə Putin arasında görüş yaxın həftələrdə baş tuta bilər

Dünya xəbərləri Materials 17 Mart 2022 18:52 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski ilə Vladimir Putin arasında görüş yaxın həftələrdə baş tuta bilər.

Trend-in məlumatına görə, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Mixaylo Podolyak deyib.

"Zelenski ilə Putinin görüşü razılaşma üzərində işlərin başa çatmasından sonra, yaxın həftələrdə baş tuta bilər", - o bildirib.

Podolyak, həmçinin əlavə edib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişinin razılaşdırılması bir neçə gündən bir həftə yarımadək vaxtı əhatə edə bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti