...

Səudiyyə Ərəbistanı husilərin hücumları ilə bağlı BMT TŞ iclasını çağırıb

Dünya xəbərləri Materials 26 Mart 2022 06:56 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasından Yəmənin "Ənsar Allah" (Husi) üsyançı hərəkatının krallığa qarşı hücumlarını pisləmək üçün xüsusi iclas keçirməyi xahiş edib.

Trend xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

"Biz ərazimizi müdafiə etmək üçün bütün tədbirləri görmək hüququnu özümüzdə saxlayırıq və Təhlükəsizlik Şurasını üsyançılar hücumlarını pisləməyə çağırırıq", müraciətdə deyilir.

Husilər minalanmış pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edərək Səudiyyə krallığının ərazisini kütləvi zərbələrə məruz qoyub. Cümə günü ərzində 20-yə yaxın hücum həyata keçirilib. Xüsusilə, Cizan əyalətində paylayıcı stansiya hücuma məruz qalıb. Ən çox ziyan "Saudi Aramco" şirkətinin Ciddədəki obyektlərinə dəyib, burada təxribat nəticəsində bir neçə neft anbarı yanıb. Səudiyyə tərəfinin məlumatına görə, itki yoxdur, lakin Ciddədə yanğın hələ də söndürülməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti