Bakı. Trend:
Kolumbiyanın Boqota şəhərində polis məntəqəsi yaxınlığında partlayış baş verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində altısı azyaşlı olmaqla 18 nəfər xəsarət alıb. Bir azyaşlının vəziyyəti ağır kimi qiymətləndirilir. Zərərçəkmişlər xəstəxanalara yerləşdiriliblər.
Yerli hüquq-mühafizə orqanları partlayışın terror aktı olduğunu bildirərək, hadisəni törədənlər haqqında məlumat müqabilində 80 min dollar mükafat veriləcəyini elan edib.