Bakı. Trend:
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Trend-in məlumatına görə, V.Zelenski bunu jurnalistlərə müsahibəsində deyib.
Bununla belə, ukraynalı prezident qeyd edib ki, görüşün keçirilməyəcəyini də istisna etmir.
"Danışıqlarda Ukraynanın Rusiyadan daha güclü mövqeyə malik olması vacibdir, bunun üçün isə cəmiyyətin birləşməsi və dövlətimizin daha yaxşı silahlanması lazımdır", - V.Zelenski deyib.
(Tərcümə: Orxan Nəbiyev)