Bakı. Trend:
Küveytin baş naziri şeyx Sabah Xalid əl-Həməd əs-Sabahın başçılıq etdiyi hökumət istefa verib.
Trend-in məlumatına görə, bu barədə Küveytin dövlət informasiya agentliyi bildirib.
Məlumata əsasən, baş nazir hökumətin istefa ərizəsini vəliəhd şahzadə şeyx Məşal Əhməd əs-Sabaha təqdim edib.
Qeyd edək ki, şeyx Sabah Xalid əl-Həməd əs-Sabahın başçılığı ilə dördüncü hökumət ötən ilin dekabrında formalaşdırılmışdı.
Ümumilikdə, şeyx Sabah Xalid özü 2019-cu ildən bəri Küveytin dörd hökumətinə başçılıq edib.