...

II Elizabet koronavirusa yoluxduğu zamanı səhhətindən danışıb

Dünya xəbərləri Materials 11 Aprel 2022 04:53 (UTC +04:00)
II Elizabet koronavirusa yoluxduğu zamanı səhhətindən danışıb

Bakı. Trend:

Fevral ayında COVID-19-a yoluxan Böyük Britaniya kraliçası II Elizabet xəstəliyi zamanı özünü "çox yorğun və tükənmiş" hiss etdiyini deyib.

Trend-in məlumatına görə, bu barədə "BBC" telekanalı xəbər verib.

Məlumata əsasən, 95 yaşlı Kraliça xəstəxanaya virtual ziyarətdə iştirak edərək bu zaman atası və qardaşı COVID-19-dan ölən bir koronavirus xəstəsi ilə söhbət zamanı yaşadığı təcrübədən danışdı.

"Bu (COVID-19) həqiqətən insanı çox yorğun və tükənmiş edir, elə deyilmi?" - deyə II Elizabet video danışıq zamanı bildirib.

O, həmçinin koronavirus pandemiyasını “dəhşətli” adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti