Bakı. Trend:
Hindistanın Assam ştatında son iki gündə ildırım çaxması, leysan və külək fırtınaları nəticəsində azı 11 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "NDTV" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, aprel 14-ü axşamından etibarən ştatda ildırmla müşayiət olunan güclü yağışlar davam edir. İldırm çaxması zamanı Dibruqarh dairəsində dörd nəfər, Barpeta və Tinsukia dairələrində müvafiq olaraq üç nəfər, Qoalpara dairəsində bir nəfər həlak olub.