...

Putin "Azovstal" sənaye zonasına hücumu dayandırmağı əmr edib

Dünya xəbərləri Materials 21 Aprel 2022 11:44 (UTC +04:00)
Putin "Azovstal" sənaye zonasına hücumu dayandırmağı əmr edib

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı Rusiya ordusunun Ukraynanın Mariupol şəhərindəki "Azovstal" sənaye zonasına hücumunu dayandırmağı əmr edib.

Trend bu barədə TASS agentliyinə istinadən məlumat verib.

Qeyd olunur ki, V.Putin sənaye zonasına hücumun davam etməsinin məqsədəuyğun olmadığını bildirib.

Xatırladaq ki, Rusiya ordusu fevralın 24-dən etibarən Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti