...

Çavuşoğlu Latın Amerikası ölkələrinə səfər edəcək

Dünya xəbərləri Materials 23 Aprel 2022 04:54 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 23-də Latın Amerikası ölkələrinə səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, aprelin 23-dən 29-dək XİN rəhbəri Uruqvay, Braziliya, Ekvador, Kolumbiya, Panama və Venesuelaya səfər edəcək.

Türkiyəli nazir ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti