...

Hindistanda helikopter qəzası nəticəsində iki pilot həlak olub

Dünya xəbərləri Materials 13 May 2022 07:48 (UTC +04:00)
Hindistanda helikopter qəzası nəticəsində iki pilot həlak olub

Bakı. Trend:

Hindistanın Çhattisqarh ştatının Raypur hava limanında təlim helikopterinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Trend-in məlumatına görə, bu barədə "NDTV" televiziya kanalı xəbər verib.

Pilotlar helikopteri yerə endirmək istəyən zaman yanğın baş verib. Təyyarədə başqa insanlar olmayıb. Yerli polisin verdiyi məlumata əsasən, bu, adi bir təlim uçuşu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti