...

Ötən il dünyada edam olunanların sayı 20 faiz artıb

Dünya xəbərləri Materials 24 May 2022 14:02 (UTC +04:00)
Ötən il dünyada edam olunanların sayı 20 faiz artıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ildə 18 ölkədə 579 nəfər edam olunub.

Trend-in məlumatına görə, bu barədə "Amnesty International" təşkilatının hesabatında deyilir.

Bu göstərici 2020-ci illə müqayisədə 20 faiz artıb. Hesabata əsasən, 2020-ci ildə 483 nəfər edam olunmuşdu.

Eyni zamanda ötən il dünyada edam hökmünün verilməsi də artıb. Belə ki, 2021-ci ildə 56 ölkədə 2 052 edam hökmü verilib ki, bu da 2020-ci illə müqayisədə 40 faiz çoxdur.

Təşkilat bildirir ki, ötən il Qazaxıstan, Syerra-Leone, Papua-Yeni Qvineya, Malayziya, Mərkəzi Afrika Respublikası və Qanada ölüm cəzaları ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti