...

Albaniya parlamenti üçüncü dəfə prezidenti seçə bilməyib

Dünya xəbərləri Materials 31 May 2022 01:16 (UTC +04:00)
Albaniya parlamenti üçüncü dəfə prezidenti seçə bilməyib

Bakı. Trend:

Albaniya Milli Assambleyasının (birpalatalı parlament) deputatları iyulun 24-də hazırkı dövlət başçısı İlir Metanın səlahiyyət müddəti başa çatdıqdan sonra bu vəzifəni tutacaq ölkənin növbəti prezidentinin təyin edilməsi ilə bağlı üçüncü dəfə razılığa gələ bilməyiblər.

Trend-in məlumatına görə, bu barədə Şimali Makedoniyanın "Alsat" telekanalı bildirib.

Məlumata əsasən, Albaniyanın Baş naziri Edi Ramanın hakim Alban Sosialist Partiyası növbəti dəfə respublikanın prezidentinin təyin edilməsi ilə bağlı müxalifətlə razılaşa bilməyib.

Beləliklə, yeni dövlət başçısının seçilməsi üçün ümumilikdə 140 deputatdan 84 parlamentarinin səs verməsi lazım olunduğu səsvermənin hər üç turu uğursuz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti