...

Türkiyə ordusu Suriyanın şimalında 11 terrorçu zərərsizləşdirib

Dünya xəbərləri Materials 6 İyun 2022 18:25 (UTC +04:00)
Türkiyə ordusu Suriyanın şimalında 11 terrorçu zərərsizləşdirib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam edən "Fərat qalxanı", "Zeytun budağı" antiterror əməliyyatları bölgələrində 11 terrorçunu zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, Türkiyə ordusunun xüsusi təyinatlıları hücum hazırlığında olan dəstənin qarşısını alıb.

Bölgədə əməliyyat davam etdirilir. Türkiyə ordusu bu gün həm də İraqın şimalında "Pəncə Kilid" antiterror əməliyyat çərçivəsində 7 terrorçu zərərsizləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti