Bakı. Trend:
Türkiyə hakimiyyəti Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün təhlükəsiz dəniz dəhlizinin yaradılmasına dair danışıqların müsbət nəticəsinə ümid edir.
Trend-in məlumatına görə, bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi deyib.
"Biz Ukraynadakı həmkarlarımızla danışıqlar aparırıq. Hazırkı mərhələdə [Ukrayna ixracının yenidən açılması] problemin həlli Rusiya, Ukrayna, BMT və Türkiyənin iştirakı ilə dördtərəfli mexanizmin yaradılması ilə planlaşdırılır. Hər tərəf buna müsbət baxır. İlkin hesablamalarımıza görə, [Sergey] Lavrovun Ankaraya səfəri zamanı yeni müsbət irəliləyişlər gözlənilməlidir", - deyə nazir bildirib.
Onun sözlərinə görə, Ukraynanın iki limanından 20 milyon tona yaxın taxıl ixracı üçün onların su ərazilərini minalardan təmizləmək lazımdır.